Slovakiya ilə Azərbaycan, sözün əsl mənasında dost ölkə və strateji tərəfdaşlardır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.
Dövlət başçısı qeyd edib ki, birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir:
"Keçən il ilk dəfə Azərbaycan qazı Slovakiyaya ixrac edilib. Azərbaycan qazının ixrac edildiyi ölkələrin sayı 14-ə çatıb".
Azərbaycan Prezidenti vurğulayıb ki, yeni qaz yataqlarının işlənməsi hesabına qaz həcmi daha da artacaq:
"Bu gün 8 AB-yə üzv ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin edir. Müdafiə sənayesi sahəsində əməkdaşlığa gəldikdə qeyd edilməlidir ki, biz müharibə aparmaq fikrində deyilik. Sadəcə burada bir sinergiya yaratmaq üçün yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Bu istiqamətdə konkret layihələr üzərində çalışırıq".
- Bu 2 rayona qatarla getmək mümkün olacaq - Video
- Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - Video
- “Çətir universitet” modeli: Ən yeni ixtisaslar artıq Azərbaycanda
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- Maşın qab-qacaq mağazasına girdi - Foto
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq