Gürcüstanın Marneuli rayonundakı 4 saylı rusdilli ictimai məktəbin direktoru vəzifəsini icra edən şəxs rüşvət üstündə saxlanılıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi (DTX) Xidmətindən bildirilib.
Məlumata əsasən, azərbaycanlı qadın olan həmin şəxs sertifikatın verilməsi üçün tələb olunan imtahanlara görə vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət alıb.
Faktla bağlı cinayət işi açılıb. Törədilmiş cinayət əməlinə görə 6 ildən 9 ilədək müddətə həbs cəzası nəzərdə tutulur.
- Bu 2 rayona qatarla getmək mümkün olacaq - Video
- Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - Video
- “Çətir universitet” modeli: Ən yeni ixtisaslar artıq Azərbaycanda
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- Maşın qab-qacaq mağazasına girdi - Foto
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq