Bu bəyanat AB-yə elektrik enerjisinin idxalı və ixracı üzrə konkret proqramla bağlıdır, Ermənistanın Elektrik Şəbəkələri şirkətinin gələcək idarəçiliyi ilə bağlı deyil.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan dekabrın 4-də jurnalistlərlə söhbətində AB-nin genişlənmə üzrə komissarı Marta Kosun AB-nin Ermənistanı Gürcüstan və Türkiyənin elektrik şəbəkələrinə qoşulmasında dəstəkləməyə hazır olması barədə bəyanatını şərh edərkən bildirib.
"ABŞ-da sənədlərin imzalanmasından sonra Ermənistana investisiya marağı artıb və biz AB-nin infrastruktur layihələrinin, o cümlədən TRIPP layihəsi çərçivəsində həyata keçirilməsində iştirakında maraqlıyıq", - o əlavə edib.
"Biz TRIPP layihəsinin həyata keçirilməsində yaxşı irəliləyiş əldə edirik və layihə müəyyən etdiyimiz müddətlərdə həyata keçiriləcək", - baş nazir bildirib.
O, həmçinin Ermənistanın ŞƏT-ə üzvlüyündə, eləcə də Çinlə əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib.
Onun sözlərinə görə, noyabrda Ermənistanda turizm rekord həddə çatıb. Paşinyan bunu Azərbaycanla sülh prosesinin irəliləməsi ilə əlaqələndirib. O, həmçinin bildirib ki, turizmin inkişafı kiçik aviasiyanın inkişafına da gətirib çıxara bilər.
- Bu 2 rayona qatarla getmək mümkün olacaq - Video
- Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - Video
- “Çətir universitet” modeli: Ən yeni ixtisaslar artıq Azərbaycanda
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- Maşın qab-qacaq mağazasına girdi - Foto
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq