ATƏT-in Minsk qrupunun bağlanması qərarı Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən həyati addımdır.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında deyib.
“Azərbaycan və Ermənistan arasında sülh prosesində müsbət irəliləyişin şahidi oldum. Avqust ayında ATƏT-in Minsk qrupu və onunla əlaqəli qurumların bağlanması ilə bağlı qərar qəbul etdik. Bu sülhə sülh prosesini dəstəkləyən həyati addım idi və ATƏT-in büdcəsinin qəbulunda əsas maneənin aradan qaldırılması idi”, - Elina Valtonen qeyd edib.
Qeyd edək ki, ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb.
- Bu 2 rayona qatarla getmək mümkün olacaq - Video
- Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - Video
- “Çətir universitet” modeli: Ən yeni ixtisaslar artıq Azərbaycanda
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- Maşın qab-qacaq mağazasına girdi - Foto
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq