Bölgədə davamlı sülhün qurulması təkcə dövlətlərin imzaladığı sənədlərdən deyil, həm də cəmiyyətlərin formalaşdırdığı qarşılıqlı etimaddan asılıdır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun sammitində çıxış edən Mirzoyan vurğulayıb ki, Cənubi Qafqazda insanlar artıq sülhün real perspektivlərindən danışırlar.
Onun sözlərinə görə, sülh təkcə müharibənin dayanması deyil, həm də xalqlar arasında inamın qurulması deməkdir.
“Razılaşmaları hökumətlər imzalayır, amma inamı cəmiyyətlər yaradır. Əsl barışıq və dialoq sizin əlinizdədir. Azərbaycan və Ermənistan vətəndaşlarını sülh yolunda bizə dəstək olmağa çağırıram”, – deyə Mirzoyan bildirib.
Nazir həmçinin son aylarda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında İrəvan və Bakıda baş tutan birbaşa görüşləri müsbət addım kimi qiymətləndirib və bu təmasların bölgədə uzunmüddətli sabitliyə xidmət etdiyini qeyd edib.
- Bu 2 rayona qatarla getmək mümkün olacaq - Video
- Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - Video
- “Çətir universitet” modeli: Ən yeni ixtisaslar artıq Azərbaycanda
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- Maşın qab-qacaq mağazasına girdi - Foto
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq