Azərbaycanın Yaponiyadakı keçmiş səfiri Gürsel İsmayılzadə yeni vəzifəyə təyinat alıb.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bu ilin oktyabrında geri çağırılan G.İsmayılzadə Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Gürsel İsmayılzadə ilk dəfə təxminən 8 il ərzində 2011-ci ildən 2019-cu ilə qədər Azərbaycanın Yaponiyadakı səfiri olub. 2019-cu ilin yanvar ayında geri çağırılan diplomat 2020-ci ilin martında yenidən Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib və 27 oktyabr 2025-ci ilədək həmin vəzifədə çalışıb.
2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
- Bu 2 rayona qatarla getmək mümkün olacaq - Video
- Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - Video
- “Çətir universitet” modeli: Ən yeni ixtisaslar artıq Azərbaycanda
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- Maşın qab-qacaq mağazasına girdi - Foto
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq