Xüsusi qaydalar olacaq və qeyri-formal məşğul olan şəxslərin müəyyən edilmə meyarları elektron şəkildə aparılacaq.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxışı zamanı maliyyə naziri Sahil Babayev deyib.
Onun fikrincə, fərdiləşmiş məlumat əsasında, təqdim olunan şəxsin vəziyyətinə uyğun olaraq müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyaya düşür: “O kateqoriyaya düşməyən insanların da gəlirinin mənbəyi soruşulacaq və onlar da sığortadan kənar qalmayacaq.
Əksinə, onlar üçün də imkan yaradılır ki, bir də əlavə sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır. Bu qeyri-qanuni şəkildə fəaliyyət göstərən insanlardan savayı hər kəsi tam şəkildə əhatə edir".
- Bu 2 rayona qatarla getmək mümkün olacaq - Video
- Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - Video
- “Çətir universitet” modeli: Ən yeni ixtisaslar artıq Azərbaycanda
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- Maşın qab-qacaq mağazasına girdi - Foto
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq