İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, elektromobil və hibridlərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır. Hansı yerli avtomobil, hansı istehsal? Azərbaycanda avtomobil istehsalı yoxdur, yalnız yığım var, o da benzinlə işləyən avtomobillərdir. Hardadır o yerli istehsal olan elektrik və hibrid maşınlar?
BUTA.TV xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.
“Türkiyədə 13 avtomobil istehsalı zavodu var (“Renault”, “Ford”, FIAT, “Hyunday”, “Toyota” və s.). Onların detallarının 35–45 faizi elə Türkiyədə istehsal olunur. Avtomobil istehsalının yan sənayesi yaranıb, yan sənayedə on minlərlə iş yeri açılıb. Ümumilikdə Türkiyə avtomobil sənayesində 410 min insan çalışır.
İstehsal budur, yoxsa təkcə təkərinin havası yerli olan maşınlar istehsal ola bilməz. Üstəlik o maşınlar da satılmır, yığılan avtomobillərin yarıdan çoxunun müştərisi dövlət qurumlarıdır, yəni büdcədir. Buna da “istehsal” deyirlər”, - o qeyd edib.
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı
- Aprel döyüşlərinin 10-cu ildönümü: “Zəfər Yolu”nun təqdimatı...
- Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırıldı
- Qarabağdakı bu yol ödənişli oldu - Qərar
- Novruz Məmmədov ərizə yazıb, bu işindən ayrıldı
- Füzuli Şeydayev qəfil öldü