Xarici ölkənin ərazisində müxtəlif silahlı qruplaşmaların tərkibində terrorçuluq əməlləri törətməkdə təqsirləndirilən Rəşad Mürsəlov 13 il müddətinə azadlıqdan məhrum edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, 1990-cı ildə Tovuz rayonunun Xatınlı kəndində doğulmuş Rəşad Mürsəlov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.
İttihama görə, o, xarici ölkədə fəaliyyət göstərən cinayətkar birliyin tərkibində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində digər dövlətin ərazisində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak edib.
İttihamda qeyd olunub ki, Rəşad Mürsəlov həmin müddət ərzində cinayətkar təşkilatın tərkibində AR Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq əməllərinin törədilməsi məqsədilə odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan istifadə hazırlığı üzrə təlim alıb.
O, AR Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə ölkə hüdudlarından kənarda təlim keçmə), 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham olunub.
- Bakıda saxlanılan bu rusların vəsatətləri təmin edilmədi
- Ən çox bankçılıq mükafatını ABB qazanıb
- Sabah intensiv yağış yağacaq
- ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu
- Dünyanın ən kirli paytaxtları: Bakı neçənci yerdədir?
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı