Atam Elman Nəsirovla bağlı videomüraciətim gündəmə gəldikdən sonra hər hansı dəyişiklik olmadı.
Bu sözləri BUTA.TV-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) deyib.
“Atam mənimlə maraqlanmadı, heç bir yardım etmədi. Bir dəfə məni telefonunun “qara siyahı”sından çıxardı. Əlaqə saxlamağa çalışanda yenidən bloka saldı. 26 ildir necədirsə, indi də eyni vəziyyətdir. Mənim sosial şəbəkədə olan video-müraciətim boşuna getdi”, - deyə deputatın qızı əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənmişdi.
- Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
- Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
- Güclü yağış yağacaq, subasma olacaq - Xəbərdarlıq
- Baş idarədən əməliyyat: saxlanılanlar var - Video
- “e-Sosial” fəaliyyətini dayandırır
- Diplomsuz həkim indi də “İstanbul”da burun kəsir... - Foto
- Əli Kərimlinin mühafizəçisinə hökm oxundu
- Onların vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır