Pakistanın İslamabad və Vana şəhərlərində baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərindən dərin kədər hissi keçiririk.
BUTA.TV xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabındakı paylaşımında bildirilib
"Bu dəhşətli terror aktlarını qətiyyətlə pisləyir və qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzulayırıq.
Azərbaycan bütün forma və təzahürlərində terrorizmlə mübarizədə Pakistanla tam həmrəydir", - paylaşımda qeyd olunub.
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
- Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi