Bütün media qurumlarımıza ciddi şəkildə xatırladırıq ki, rəsmi mənbələrdən başqa heç kim tərəfindən verilən məlumatlara və açıqlamalara etibar edilməməlidir. Yalnız səlahiyyətli qurumların açıqlamalarına diqqət yetirilməlidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Radio və Televiziya Ali Qurum (RTÜK) sədri Mehmet Danış təyyarə qəzası ilə bağlı verdiyi açıqlamada deyib.
“Belə həssas hallarda, mətbuatın ictimaiyyəti düzgün məlumatlandırılması ilə yanaşı, şəhidlərimizin ailələrinə və cəmiyyətin həssaslıqlarına hörmət göstərməsi böyük əhəmiyyət kəsb edir. Buna görə də qəza anı və hadisə yerinə aid görüntülərin paylaşılmaması vacibdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, bir qədər əvvəl Gəncədən qalxan Türkiyəyə məxsus hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
- Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi