Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəza etdiyi əraziyə gedib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Bildirilib ki, hazırda nazirin birinci müavin Roni Mesxi, Kaxeti vilayəti üzrə dövlət nümayəndəsi Giorgi Aladaşvili və nazirliyin müvafiq xidmət rəhbərləri hadisə yerindədir.
Məlumata görə, axtarış-xilasetmə qrupları artıq hadisə yerindədir və Türkiyə tərəfi ilə birlikdə istintaq işləri aparılır.
Hadisə ilə bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim ediləcək.
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
- Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi