Azərbaycan ilə Türkiyə bütün qaranlıq ssenariləri və çirkli lobbilərin oyunlarını birlikdə pozacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
"Qarabağ 30 il ərzində əsarət və zülmün kölgəsində qaldı, Azərbaycan torpaqları onilliklərlə matəmə büründü. Beş il əvvəl baş verən 44 günlük Vətən müharibəsindən sonra ədalət yerini tapdı, Qarabağ gerçək və əbədi sahibi ilə birləşdi. Azərbaycan xalqının 8 Noyabr- Zəfər Gününü və 9 Noyabr - Dövlət Bayrağı Gününü ürəkdən təbrik edirəm. Qarabağın azadlığı üçün qəhramancasına mübarizə apararkən canlarından keçən əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun və sağlam ömür diləyirəm", - D.Baxçalı qeyd edib.
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
- Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi