Xüsusi icra məmurları haqqında tələblər müəyyənləşir.
BUTA.TV xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən yeni “Xüsusi icra məmurları haqqında” Qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs hesab olunacaq.
Həmçinin xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyəti peşəkar əsaslarla həyata keçiriləcək.
Bundan başqa, xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilməyəcək. İcra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar