Sankt-Peterburqda yeniyetmələr arasında daha bir məişət münaqişəsi kollektiv deportasiya ilə nəticələnib, Rusiya hakimiyyəti uşaqlar da daxil olmaqla, azərbaycanlı ailəni ölkədən qovub.
BUTA.TV xəbər verir ki, bu barədə “Minval.az” məlumat yayıb.
“Onlayn mübahisədən sonra 16 yaşlı yerli yeniyetmə azərbaycanlı ailədən olan 13 yaşlı oğlanla görüşüb. Kiçik yeniyetmə görüşə tək gəlməyib və əlbəyaxa dava zamanı böyük yeniyetmə xəsarət alaraq xəstəxanaya aparılıb. Söhbət azyaşlılar arasında mübahisə olsa da, polis azərbaycanlı yeniyetməni və onun atasını, ardınca isə bütün ailə üzvlərini saxlayıb. Rusiya Daxili İşlər Nazirliyi 13 yaşlı yeniyetmənin ailəsi ilə birgə ölkədən deportasiya edildiyini bildirib”, - məlumatda deyilib.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar