Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirən, həmyerlilərimizə qarşı vəhşilik və zorakılıq törədən Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları barədə araşdırmalara başlanılıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, araşdırmalar Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə regional idarəsinin birinci şöbəsi tərəfindən aparılır.
Azərbaycanlılara qarşı törədilən zorakılıq faktları və bu zorakılıqları törədən yerli hüquq mühafizə orqanlarının əməkdaşlarının törətdiyi əməllərin təhqiqatı gedir. Təhqiqat və aparılan araşdırmanın təfərrüatları açıqlanmayıb.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar