Əslində “Hörümçək toru” əməliyyatı hərbi yox, siyasi məqsədlər daşıyırdı. Nəzərə alaq ki, bu əməliyyat İstanbul görüşündən bir gün öncə həyata keçirildi. İlk məqsəd masadan uzaqda gedən məsələləri və gündəmi dəyişmək idi.
BUTA.TV xəbər verir ki, bu sözləri Axar TV-yə politloq Asif Nərimanlı deyib.
“Ukrayna bu əməliyyatla Rusiyaya müqavimət göstərə biləcəyini nümayiş etdirdi.
Bu məsələni bir necə konteksdə dəyərləndirməliyik.
Əvvəla, Ukrayna ABŞ və dünyaya göstərir ki, Rusiya məğlubedilməz ölkə deyil. Digər tərəfdən, Kiyev Ukraynanın təslim olmağını istəyən qüvvələrə göstərdi ki, Rusiyaya qarşı müqaviməti davam etdirəcək.
Tramp administrasiyasının əsas tezisi bu idi ki, Ukrayna Rusiyaya müqavimət göstərə bilməyəcəyinə görə Rusiyanın şərtlərini qəbul etməldir. Ukrayna isə ABŞ-a Rusiyanın gözlərində böyütdüyü qədər güclü olmadığını və ABŞ-ın dəstəyi olmadan da müqavimət göstərə biləcəyini bildirdi.
Əslində, İstanbul masasında Ukraynanın bu istəyinə nail olduğunu hesab edə bilərik”, - deyə politoloq bildirib.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin iyunun 1-də həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı nəticəsində Rusiyanın strateji bombardmançıları da daxil olmaqla, 41 təyyarəsi məhv edilmişdi.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək