Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elçin Şirinov bildirib ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində VAZ-21074 markalı avtomobillə Bərdə şəhərində olarkən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış “Smerç” raketi düşüb.
BUTA.TV xəbər verir ki, o, hadisə nəticəsində dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qəlpə xəsarətləri alıb.
“Bərdəyə çox sayda hücum oldu. “Smerç”ləri dəfələrlə atıblar. Nəticədə çoxlu sayda ölən, yaralanan oldu”, - deyə zərərçəkmiş şəxs bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu