Hazırda Cənubi Qafqazda - Ermənistan və Azərbaycan arasında möhkəm sülh qurmaq üçün nadir fürsət var.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Türkiyə ilə dialoq prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
“Həm Azərbaycan, həm də Ermənistan heç nəyi güzəştə getmədən razılıq əldə edə bilər. Artıq sülh sazişinin mətni hazırdır və danışıqlar yekunlaşıb. Tarixi şansımız var ki, bu sazişi imzalayıb ratifikasiya edək. Bu saziş regionda bütün kommunikasiyaların açılmasına səbəb olacaq - həm Azərbaycanla Ermənistan, həm də Ermənistanla Türkiyə arasında. Bu isə Cənubi Qafqazın təhlükəsizlik durumunu və regiondakı vəziyyəti kökündən dəyişəcək”, - o qeyd edib.
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu