Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Onların arasında Fransa Respublikasının vətəndaşı 1986-cı ildə anadan olmuş Clerc Theo Hugo da var. O 2024-cü ilədə Bakıda metro deposunda vaqonlara qraffiti çəkib. Polis onu saxlayıb. Fransalı Clerc Theo Hugo 3 il müddətinə həbs edilib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, onun əfv olunması üçün Azərbaycana müxtəlif yerlərdən xahişlər daxil olmuşdu.
“AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Bakı səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə belə bir xahiş edib və rəsmi Bakı buna müsbət yanaşıb. Onun əfv olması Fransaya görə yox, məhz bu xahişə görə baş tutub", - mənbə bildirib.
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu