Oğlum dəm qazına görə boğulanda 8 yaşı var idi. Görünür, o dövrdə bizim də məsuliyyətsizliyimiz oldu. Yəni dəm qazı anlayışımız yox idi.
BUTA.TV xəbər verir ki, bunu deputat Fazil Mustafa Kanal S-də yayımlanan müsahibəsində deyib. O, hadisə zamanı xaricdə olduğunu bildirib.
"Hər bir insanın başına gələ biləcək faciədir. Belə məsələlərə bir az fərqli yanaşmalıyıq. Yəni bizi yaradan verdiyi neməti istənilən vaxt ala bilər. İradəmizdən kənarda bir tale var və buna qarşı gəlmək olmaz. Bunu faciə kimi yaşasam da, həyatımın faciəsinə çevirmədim. Ağırdır, amma yaşayanları, qalanları düşünməliyik. Biz övladımızı çiynimizdə aparıb dəfn edə bilmişik, amma məsələn, təyyarə qəzasında itkin düşənlərin yaxınları arzulayır ki, heç olmasa, onların qəbri olsun”, – millət vəkili qeyd edib.
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto