Gəlin bu suala cavab verməyə çalışaq. Sizcə, Ermənistanın bugünkü rəhbərləri bir il ərzində ölkənin ziyanına olacaq hər hansı addımı ata bilərlərmi? Məsələn, bir neçə aydan sonra bir kağıza imza atıb deyə bilərlərmi ki, biz Ermənistandan rus sərhədçiləri çıxarırıq, Rusiya bazasını Ermənistandan çıxarırıq? Bu, bizim təhlükəsizliyimizi gücləndirəcəkmi?
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan “gələn il keçiriləcək seçkiləri gözləyək” ritorikası haqda danışarkən deyib.
“Sizcə, yaxın gələcəkdə, yəni bir neçə ay ərzində onların qondarma sülh sazişinə imza atma ehtimalı çoxdur, yoxsa azdır? Məncə, bu ehtimal yüksəkdir. Bu müqavilədə nə yazıldığını bilirikmi? Bunu heç birimiz bilmirik. Bu razılaşmanın Ermənistan üçün müsbətdən çox mənfi təsirləri olacaqmı?
İmzalanma (sülh sazişi – red.) baş tutsa və (gələn il) müxalifət (seçkidə) qalib gəlsə, bu müqaviləni asanlıqla ləğv edə biləcəkmi? Onda biz özümüzü günahlandırmayacağıqmı ki, bütün ili heç nə etməməklə və yalnız onları tənqid etməklə keçirmişik?
Çox güman ki, bir, iki və ya üç aya Ermənistanın müəyyən hissəsi, Tavuşda olduğu kimi, Azərbaycana keçəcək! (Anklavların qaytarılmasını Sərkisyan “Ermənistanın müəyyən hissəsi” adlandırır – red.) Bəs o, Azərbaycana verilsə və müxalifət qalib gəlsə, biz onu geri ala biləcəyikmi?” – Sərkisyan bildirib.
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto