Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla ölkəsi arasında imzalanan 3 sazişi təsdiqləyib.
BUTA.TV xəbər verir ki, Türkiyə lideri bununla bağlı qərarlar imzalayıb.
Sənədlərdən biri 2024-cü il noyabrın 15-də Bakıda imzalanan Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan sazişdir.
İkinci sənəd 2024-cü il mayın 8-də Ankara şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında su təsərrüfatı sahəsində əməkdaşlıq sazişidir. Sənəd iki ölkə arasında su təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Bundan başqa, Ərdoğan Azərbaycan ilə Türkiyə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişi də təsdiqləyib. Saziş 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Sənəd iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini əhatə edir.
- Ehtiram Quliyevi ağır cəza gözləyir
- Keçmiş gəlinindən Məzahir Pənahova İTTİHAM: "Ona nüfuz önəmli deyil, zinət əşyalarımı qaytarmırlar"
- Keçmiş polis əməkdaşı olan ərini öldürdü, balta ilə 15 hissəyə böldü - ŞOK CİNAYƏTİN DETALLARI
- Xamenei huşsuz vəziyyətdədir
- Məhkəmə Eşqi Bağırova 1 ay vaxt verdi
- Bakıda əməliyyat: 5 nəfər saxlanıldı - Video
- Zəhərlənən uşaqlardan beşinin vəziyyəti ağırdır
- Xocavəndə növbəti köç karvanı yola salındı