Şəhid kapitan Saleh Qurbanovun atası, Xızı rayonu Giləzi qəsəbə sakini Möhübbət Qurbanov vəfat edib.
“BUTA TV” xəbər verir ki, şəhidin atası 64 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Saleh Qurbanov 14 aprel 1990-cı ildə anadan olub. Vətən müharibəsindəki şücaətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
O, 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. Prezidentin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
S. Qurbanovun şəhid olmasından sonra onun həyat yoldaşı Ləman Qurbanova ailədaxili münaqişə zəminində qaynı Taleh Qurbanov tərəfindən qətlə yetirilib. Məhkəmənin hökmü ilə şəhidin qardaşına bu ilin mart ayında 17 il həbs cəzası verilib.
- Ehtiram Quliyevi ağır cəza gözləyir
- Keçmiş gəlinindən Məzahir Pənahova İTTİHAM: "Ona nüfuz önəmli deyil, zinət əşyalarımı qaytarmırlar"
- Keçmiş polis əməkdaşı olan ərini öldürdü, balta ilə 15 hissəyə böldü - ŞOK CİNAYƏTİN DETALLARI
- Xamenei huşsuz vəziyyətdədir
- Məhkəmə Eşqi Bağırova 1 ay vaxt verdi
- Bakıda əməliyyat: 5 nəfər saxlanıldı - Video
- Zəhərlənən uşaqlardan beşinin vəziyyəti ağırdır
- Xocavəndə növbəti köç karvanı yola salındı