İran prezidentinin Azərbaycana hazırkı rəsmi səfəri praqmatik xarakter daşıyır və ikitərəfli münasibətlərdə hələ də mövcud olan problemli məsələlərin ən yüksək səviyyədə həlli yollarının axtarılmasına töhfə verir.
BUTA.TV xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq İqor Korotçenko Məsud Pezeşkianın Bakıya dünənki səfərini şərh edərkən deyib.
“Azərbaycan və İran üçün bu, qalan kəskin tərəfləri daha da hamarlamaq və daha böyük konstruktivliyə, qarşılıqlı faydaya doğru irəliləmək, ikitərəfli əməkdaşlığın səmərəli inkişafını təmin etmək üçün bir fürsətdir. İran hakimiyyəti bir gün əvvəl də (Pezeşkianın səfərindən bir gün öncə - red.) 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən terrorçu ilə bağlı yekun qərarı hazırladığını açıqlamışdı. Təbii ki, bu məsələ Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edir”, - o bildirib.
Korotçenko qeyd edib ki, Pezeşkian Tehran və Bakı arasında ikitərəfli münasibətlərə digər ölkələrin müdaxilə etməməsinin vacibliyini vurğulayıb:
“İran prezidentinin Bakıya səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin artması fonunda baş verir. Deyə bilərik ki, bugünkü Azərbaycan beynəlxalq gündəmin ən mühüm tendensiyalarını, hadisələrini, bu gününü və gələcəyini formalaşdıran müasir dünyanın dövlətlərindən biri olan birinci dərəcəli dünya ölkəsidir. Nə Bakı, nə də Tehran münasibətlərdə gərginliyin və həll olunmamış məsələlərin olmasını istəyir. Azərbaycan üçün isə Pezeşkianın səfəri hazırda regionda və dünyada formalaşmaqda olan koordinat sistemindəki mövqeyini gücləndirmək baxımından son dərəcə vacibdir. Regional və beynəlxalq mövqeləri getdikcə artan Azərbaycanın maraqlarını bir çox qüvvələr, bir çox dövlətlər nəzərə almalıdır”.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu