İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlaşdırılan səfəri hökumətin regional və qonşuluq diplomatiyası sahəsində atdığı mühüm addım kimi qiymətləndirilməlidir.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.
“Bəzən Tehran və Bakı arasında siyasi və təhlükəsizlik baxımından dəyişkənliklər yaşansa da, bu səfər əlaqələrin daim zəngin tarixi və mədəni ortaq dəyərlərlə möhkəmləndiyi bir dövrdə baş tutur. Coğrafi yaxınlıqla yanaşı, İran və Azərbaycan arasında dərin qohumluq və ictimai oxşarlıqlar mövcuddur. Bu da ikitərəfli münasibətləri formal əlaqələrin çox kənarına çıxararaq, qarşılıqlı etimada əsaslanan bir qohumluq bağlarına çevirir. Bu səfərin əsas əhəmiyyətli tərəflərindən biri də İranın balanslaşdırılmış xarici siyasəti çərçivəsində qiymətləndirilməlidir. Həmin siyasət həm qonşu və regional ölkələrlə münasibətlərin gücləndirilməsini, həm də dünya ölkələri ilə əlaqələrin genişləndirilməsini prioritet sayır”, - İran rəsmisi bildirib.
Qeyd edək ki, Prezident Məsud Pezeşkianın 28 apreldə Azərbaycana səfər edəcəyi gözlənilir.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu