ABŞ Prezidenti Donald Tramp haqlıdır, Ukrayna 2014-cü ildə Krım uğrunda savaşmadı, Rusiya rahatlıqla yarımadanı işğal etdi. Ancaq bu, o demək deyil ki, Ukrayna Krımı Rusiya ərazisi kimi tanımalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Trampın Krımın bir güllə atılmadan təhvil verilməsi barədə fikirlərini şərh edərkə deyib.
“Vaşinqtonun istəyi budursa, sülh mümkün olmayacaq. Kiyev Krımın müharibə ilə geri qaytarılmasının çətin olması reallığını qəbul edir, ancaq Ukrayna huquqi baxımdan yarımadanın Rusiya ərazisi kimi tanımayacaq. Özünə hörmət edən heç bir dövlət, nə qədər zəif olsa belə, buna razılaşmaz. Bu gün Krımı Rusiya ərazisi kimi tanımağa məcbur edəcəklər, sabah Donbası tələb edəcəklər, bir az keçəcək, Kremldən yeni sifarişlər gələcək ki, “Xarkov və Odessa da bizimdir” və bunun ardı-arası kəsilməyəcək. Vaxtilə Qərb ölkələri keçmiş Çexoslovakiyanın Sudet bölgəsini də Hitlerə “peşkəş” etməklə faşistlərin bununla kifayətlənəcəklərini düşünürdülər. Kifayətlənmədilər, əksinə, iştahları artdı. Hitler Almaniyası Sudetlə bərabər Çexolovakiyanın tamamını işğal etdi, bu yetmədi, 1939-cu il sentyabrın 1-də Polşaya hücuma keçdi”, - ekspert vurğulayıb.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu