Biz ikitərəfli danışıqları şərh etmirik. Bizim Ermənistandakı missiyamız iki il mandatı olan mülki missiyadır
BUTA.TV xəbər verir ki, bu sözləri AB-nin xarici siyasət idarəsinin sözçüsü Anita Hipper Brüsseldə mətbuat konfransında Bakının üçüncü qüvvələrin sərhəddən çəkilməsi tələbinin İrəvan tərəfindən qəbul edilməsi barədə danışarkən deyib.
O əlavə edib ki, AB Ermənistandakı missiyanı gözdən salmaq üçün çoxlu cəhdlər görüb.
Qeyd edək ki, Bakı və İrəvan 13 martda sülh sazişi mətnini razılaşdırdıqlarını elan ediblər. Sazişin bəndlərindən biri də 3-cü qüvvələrin sərhədyanı rayonlardan çıxarılmasıdır.
Ermənistan bu ilin fevralında AB müşahidə missiyasının mandatını daha 2 il uzadıb.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video