“Azərbaycan Dağlıq Qarabağda 120.000 ermənini etnik təmizləməyə məruz qoyub”. Bu sözləri Brüsseldə fəaliyyət göstərən xarici siyasət üzrə ekspert və Quincy İnstitutunun qeyri-rezident təqaüdçüsü Eldar Məmmədov “responsiblestatecraft.org” saytında gedən məqaləsində yazıb.
BUTA.TV xəbər verir ki, bu barədə Sürixdə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli məlumat yayıb.
“Erməni müəlliflərin bəzisi keçmiş Dağlıq Qarabağdan 100 min ermənin köç etdiyini yazır. Eldar Məmmədov isə 120 mindən danışır, yəni ermənidən daha çox ermənilik edir”, - o vurğulayıb.
E.Həsənli qeyd edib ki, öz millətini, dövlətini satan, erməniyə yalaqlıq edən, Qərbin müxtəlif fondlarından maliyyələşən bu tip adamlar Azərbaycan üçün real təhlükədir:
“Bilirsiz, Eldar Məmmədov kimi nə qədər öz qələmini erməniyə satan azərbaycanlı var? Qərb mətbuatında belələrinin yazısını oxuyanda dəli oluram. Düşünürəm ki, belə yaramazlar Azərbaycanı yaman günə qoymasa yaxşıdır...”
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video