Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat verib. Rəsmi sənəddə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığının məmnunluqla qeyd olunduğu bildirilib. Çox doğru, zamanında atılmış addımdır, heç bir kənar qüvvəyə gələcəkdə bu məsələdən istifadə etməyə imkan vermək olmaz.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli qeyd edib.
O bildirib ki, yekun sənədin Türkiyədə imzalanması çox yaxşı olardı:
“Bitsin artıq bu iş – biz istəklərimizə nail olmuşuq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Dünyada heç bir ölkənin bacarmadığı bir işin öhdəsindən gəlmişik”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək