"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray"ı məhkəməyə verib.
BUTA.TV xəbər verir ki, portuqaliyalı mütəxəssis "sarı-qırmızılar"dan 1 milyon 907 min TL məbləğində mənəvi təzminat tələb edir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Joze Mourinyo Super Liqanın 25-ci turunun "Qalatasaray"la matçından (0:0) sonra rəqib texniki zona haqda "meymun kimi tullanırdılar" sözləri deyib. "Qalatasaray" isə bunun irqçilik olduğunu əsas gətirərək 62 yaşlı məşqçi barədə hüquqi proseddur başladıb.
Mourinyo sözlərinin irqçilik olmadığını, bu ittihamın onun nüfuzuna zərər verdiyini bildirib və məhkəməyə müraciət edib. Onun tələb etdiyi təzminatın məbləği simvolikdir. Belə ki, 1907-ci il "Fənərbaxça"nın yaranma tarixidir.
Mənbə: Sportal.az
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək