Hazırda Ağ Evdə baş tutan görüşdə Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Vens arasında mübahisə yaşanır.
BUTA.TV xəbər verir ki, bununla bağlı görüntüləri Ukrayna mediası yayıb.
Dialoqdan bəzi hissələr:
Vens: Mən ölkənizi məhv olmaqdan saxlayan diplomatiyadan danışıram. İndi sizdə adam qıtlığı var…
Zelenski: Siz Ukraynada olmamısınız!
Vens: Mən tarixini (müharibə tarixini – red.) görürəm, Ukrayna xalqının başına gələnləri görürəm. Görürəm ki, orduya tapa bilmirsən. Ukraynada müharibə səbəbindən kişi qalmayıb.
Zelenski: Kişi görmək üçün Ukraynaya gələ bilərsiniz.
Vens: Siz bizim idarəmizə hücum edə bilməzsiniz...
Tramp Zelenskiyə: Sizin bizə nəyisə diktə etməyə haqqınız yoxdur. İndi çox əlverişli mövqedə deyilsiniz.
Nə hiss edəcəyimizi bizə diktə etməyə haqqınız yoxdur. Biz III Dünya müharibəsinin astanasındayıq, amma siz ABŞ-a və mənə hörmət etmirsiniz.
İndi heç bir kartınız yoxdur. Bizə deyə bilməzsiniz: “Mən bunu istəyirəm, bunu istəmirəm”.
Zelenski onun sözünü kəsir: Biz heç vaxt atəşkəsi qəbul etməyəcəyik.
Tramp: Biz sizə 350 milyard verdik. İndi çətin vəziyyətdəsiniz. Deyə bilməzsiniz: "Mən müharibəni dayandırmaq istəmirəm".
- Ya biz bu sövdələşməni edəcəyik, ya da biz gedəcəyik! Minnətdarlıq etmirsən.
- Silahlarımız olmasaydı, bu müharibə dərhal bitərdi
Zelenski: Bunu artıq Putindən eşitmişəm.
Yenilənir...
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək