“Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı Rusiyanın “Krokus Qrup” holdinqinə dəyən ziyan hesablama sistemindən asılı olaraq, 150-200 milyon dollar təşkil edib.
BUTA.TV xəbər verir ki, bunu RBK-ya müsahibəsində “Krokus Qrup”un sahibi Araz Ağalarovun oğlu, sahibkar Emin Ağalarov deyib.
Onun sözlərinə görə, terror aktından sonra kompleksin ərazisindəki bütün obyektlərin işi iflic olub, gediş-gəliş xeyli azalıb:
“Krokus Siti Holl”un hesabına digər “Krokus Siti” obyektlərinə gündə təxminən 6-7 min insan gəlirdi”.
Ağalarov qeyd edib ki, təkcə konsert zalının tikintisinə 70 milyon dollar xərclənib və indi ondan heç nə qalmayıb:
“Terror aktı nəticəsində dağılan konsert zalının gələcək taleyi hazırda qeyri-müəyyən olaraq qalır”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək