Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Orxan Qasımovun oğlu Ayxan Qasımovun ölümünün təfərrüatı məlum olub.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, mərhumun səhhətində anadangəlmə ciddi problemlər varmış.
A.Qasımov ciyərlərində olan xəstəlikdən əziyyət çəkirmiş.
Onun xəstəliyinin Azərbaycanda müalicəsi çətin olduğuna görə, A.Qasımov əsasən xarici ölkələrdə müalicə alıb.
Ailəsi İtaliyanın Milan şəhərində xəstəliyi müalicə edəcək həkim tapıb. O, son illərdə həmin şəhərdə yaşayıb və orada müalicə alıb. A.Qasımov Milanda 21 yaşında dünyasını dəyişib. Ölüm səbəbi kimi ciyərlərinin partlaması göstərilib.
Mərhumun cənazəsi sabah Azərbaycana gətiriləcək və fevralın 28-də Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Yas mərasimi isə martın 1-də Heydər məscidində keçiriləcək.
Qeyd edək ki, A.Qasımov Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin keçmiş rəisi Arif Qaraşovun nəvəsidir.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək