ABŞ və Rusiya nümayəndə heyətinin Sədiyyədədə 5 saata yaxın davam edən görüşü başa çatıb. Tərəflər bir sıra prinsip üzrə razılığa gəlib:
- Ukrayna münaqişəsinin həlli üçün danışıqlar qrupunun yaradılması;
- Rusiya-ABŞ münasibətlərində “qıcıqlandırıcı” amilləri aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması;
- Vaşinqton və Moskvadakı səfirliklərin ştatlarının bərpa edilməsi;
- Geosiyasi maraq doğuran məsələlərdə əməkdaşlıq etmək;
- İqtisadi və investisiyalar sahəsində gələcək əməkdaşlıq.
İlkin razılaşmalar üzrə danışıqların davam edəcəyi aydındır. Bu razılaşmadan çıxan nəticələri belə qiymətləndirmək olar:
1. Ukrayna müharibəsi cəbhədən diplomatik müstəviyə keçir: Ukraynanın da yer alacağı danışıqlar qrupunda başqa tərəflərin də iştirakı istisna edilməməlidir, hərçənd, formatın tərkibinin müəyyən edilməsində həlledici qərar ABŞ və Rusiyaya məxsus olacaq;
2. Vaşinqton və Moskva münasibətləri faktiki olaraq bərpa etmək etmək və yarana biləcək problemləri dialoq yolu ilə həll etmək niyyətindədir;
3. Hər iki tərəf təkcə Ukrayna məsələsində yox, Yaxın Şərq və digər coğrafiyalarda da bir-birinin maraqlarını nəzərə alacaq: istisna deyil ki, ABŞ Rusiyadan İran və Çinə qarşı proseslərdə ən azı neytrallığını qorumağı, Vaşinqtonun maraqlarını nəzərə almasını istəyir, qarşılığında Ukraynada güzəştlərin edilməsi mümkün gözləntilərdəndir; eyni zamanda, Rusiyanın geosiyasi müstəvidə “güc olması” qəbul edilə bilər;
4. Rusiyaya qarşı sanksiyaların yumşaldılması addımları atılacaq.
Bu razılaşmaların praktiki müstəvidə nə dərəcədə reallaşacağı bəlli deyil, lakin bununla ABŞ qlobal tərəf kimi Avropanı, yaxud Çini deyil, məhz Rusiyanı tanıyır.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək