İki həftə sonra ana olacaq qadın, bətnindəki övladı və həyat yoldaşı dəm qazından boğularaq ölüblər.
BUTA.TV Xəzər TV-yə istinadən məlumat verir ki, faciəli hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Belə ki, Şərq küçəsində fərdi evdə yaşayan Arif Qurbanov və həyat yoldaşı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.
Ailə üzvləri bildiriblər ki, cütlük bir neçə il əvvəl ailə həyatı qursa da, övladları yox idi. Amma 8 ay əvvəl Aytən Qurbanovanın ana olacağı ilə bağlı verdiyi xəbər onları çox sevindirib.
Yaxınları deyir ki, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, ''Qubadlının azad olunmasına'' görə və ''Vətən müharibəsi iştirakçısı'' medalları ilə təltif olunub.
Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək