Ermənistan Zəngəzur dəhlizində Azərbaycan yüklərinə maneəsiz yol verilməsi imkanlarını öyrənir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim Mülkü Müqavilə fraksiyasının katibi Artur Ovannisyan danışıb.
“Hazırda Ermənistanın müəyyən orqanlarının köməyi ilə icra ediləcək texniki imkanlar müzakirə edilir”, - deyə Ovanisyan deyib.
O, həmçinin qeyd edib ki, ölkə ərazisindən müvafiq orqanların bilmədiyi yük daşına bilməz.
Xatırladaq ki, bundan öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan yolların açılması ilə bağlı bütün məsələlərə dair, o cümlədən yük və sərnişinlərin yoxlanılması rejimi ilə bağlı Azərbaycana təkliflər verildiyini və müzakirə etməyə hazır olduqlarını bildirib. Parlament sədri qeyd edib ki, bütün qərarlar qarşılıqlılıq prinsipinə əsaslanmalıdır.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək