Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla söhbətində Ukrayna probleminin həlli də daxil olmaqla, Amerika rəsmilərini Rusiyada qəbul etməyə hazır olduğunu açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Putinin mətbuat katibi Dmitri Peskov liderlər arasında baş tutan telefon danışığı ilə bağlı mediaya açıqlamasında deyib.
“Putin Amerika rəsmilərini Rusiyada qarşılıqlı maraq doğuran iş sahələri, o cümlədən Ukrayna nizamlanması mövzusu üzrə qəbul etməyə hazır olduğunu bildirdi”, - Kreml sözçüsü vurğulayb.
Qeyd edək ki, ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında az öncə telefon danışığı baş tutub.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək