“Krokus İnternəşnl” şirkəti “Krokus Siti Holl” konsert zalında “Piknik” qrupunun çıxışı zamanı baş vermiş terror aktı üzrə zərərçəkmiş kimi tanınıb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Cinayət-Prosessual Məcəlləsinə əsasən, zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tam tanış olmaq, məhkəmə iclasında iştirak etmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırmaq hüququ vardır. Hüquqi şəxs zərərçəkmiş kimi tanındıqda, bütün bu hüquqlarını nümayəndəsi vasitəsilə həyata keçirir.
Qeyd edək ki, “Krokus İnternəşnl” şirkətinin sahibi Araz Ağalarovdur.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək