Ermənistandakı Avropa Birliyi "missiyası" Azərbaycanla şərti sərhəddə müşahidə aparmaqda davam edir.
BUTA.TV xəbər verir ki, fevralın 1-i saat 11:47-də Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə üzərində Avropa Birliyinin bayrağının olduğu 2 ədəd “Cip” və 1 ədəd sedan tipli avtomobildə 3-ü hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 7 nəfər şəxsin gələrək ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.
Missiya nümayəndələri saat 13:22-də ərazini tərk edərək geri qayıdıblar.
Avropa Birliyi nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək