Tehranın “Azadi” stadionunda baş verənlər və təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Təbrizin “Traktor” və Tehranın “Persopolis” futbol komandalarının oyununda baş verənlərə münasibət bildirərkən deyib.
Azərbaycan dilində çıxışı zamanı Pezeşkian məsələnin araşdırılması və tədbir görülməsi məsələsini nazirlə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün tapışırıq verəcəyini söyləyib, habelə Futbol Federasiyasının İntizam Komitəsinin səbəbkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini vurğulayıb.
“Bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər”, - İran prezidenti qeyd edib.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək