Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh prosesində irəliləyiş məqsədilə aparılan danışıqlar davam edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşü zamanı deyib.
O bildirib ki, Ermənistanın mövcud mövqeyi dəyişməzdir:
"Biz sülh gündəliyinə sadiqik və bunu davam etdirəcəyik. Bu, sülh müqaviləsinə, nəqliyyat kommunikasiyalarının açılmasına və sərhədlərin delimitasiyasına aiddir. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində artıq müəyyən razılaşmalar və addımlar atılıb. Eyni zamanda, Ermənistan və Gürcüstan arasında sərhədlərin delimitasiyası mövzusunda da möhkəm niyyətimiz var və bu prosesi davam etdirməyə hazırıq".
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək