Sərhəd rayonlarda düşmən qüvvələrinin (Azərbaycan ordusu nəzərdə tutulur – red.) cəmləşməsi yoxdur, nisbətən sabit vəziyyət qorunur.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan deyib.
“Bəli, vətəndaşların qorxusu təbiidir, çünki düşmən Ermənistanın suveren ərazisində qalmağa davam edir. Azərbaycanın müdafiə nazirinin militarist bəyanatları həmişə bizi narahat edir, lakin əməliyyat baxımından əhəmiyyətsizdir. Biz həm sərhəddəki vəziyyəti, həm də bəyanatları diqqətlə izləyirik. Biz qarşımıza qoyulan vəzifələri yerinə yetiririk, siyasi rəhbərliklə sülh, sərhədlərin delimitasiyası və demarkasiyası yolu ilə gedirik və silahlı qüvvələr təkmilləşdirməyə davam edir”, - Edvard Asryan bildirib.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək