Ərdəbildə Azərbaycana və birbaşa Prezident İlham Əliyevə qarşı edilən çağırışlar (qeyri-etik ifadələrin işlədilməsi) Yaxın Şərqdə məğlub olan İranın həm daxili auditoriyanı, həm də ölməkdə olan “müqavimət oxu”nu fərqli hədəfə yönəltmək məqsədi daşıyır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Məzhəb millətçiliyinə əsaslanan təhlükəli çağırışlar İranın hansı oyunu oynamağa cəhd etdiyini də anlamağa imkan verir. Aydındır ki, İranın Arazın sahilində “sionist axtarışı” yenidən aktuallaşacaq. Bizim üçün əsas məsələ böyük ölçüdə neytrallaşdırılan İrana bağlı şəbəkənin fəaliyyət qabiliyyətinin nə qədər qalmasıdır”, - o bildirib.
Qeyd edək ki, İranın Ərdəbil şəhərində dövlət rəsmilərinin iştirak etdiyi rəsmi mərasim İan dövlət televiziyası tərəfindən canlı yayımlanıb. Mərasimdə Türkiyə və Azərbaycan, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz ifadələr işlədilib.
Bununla bağlı İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilini XİN-ə çağırılıb.
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!
- Anar Əliyev Qobustanda vətəndaşları qəbul edib
- WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək
- Azərbaycanda palçıq vulkanı püskürdü
- Sabahın hava proqnozu açıqlandı