Avropa Şurasının Baş katibi Alain Berset "Azərbaycan Hava Yolları" təyyarəsinin dekabrın 25-də Qazaxıstanda baş verən və çoxlu sayda insanın ölümü ilə nəticələnən faciəvi qəzası ilə bağlı başsağlığı verib.
BUTA.TV xəbər verir ki, dərin hüznlə başsağlığı verən Baş katib sağ qalanların tez və tam sağalmasını arzulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır