Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan sərnişin təyyarəsinin faciəvi qəzası ilə əlaqədar başsağlığı verən Rusiya hakimiyyət nümayəndələrinə, ictimaiyyətinə və sakinlərinə təşəkkürünü bildirib.
BUTA.TV xəbər verir ki, səfir bu fikirləri Leninqrad vilayətində keçirilən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Sankt-Peterburqda KİV nümayəndələri ilə görüşdə səsləndirib.
Görüş zamanı Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakını baş vermiş faciə ilə əlaqədar ləğv etmək məcburiyyətində qaldığını qeyd edib.
“Prezident geri dönməli oldu. Prezidentin təyyarəsi havada geri dönərək Bakıya qayıtdı, bundan sonra hadisə ilə bağlı müşavirə keçirildi. Xüsusi komissiya yaradılıb, faciənin başvermə şəraiti araşdırılır. Ölkədə bir günlük matəm elan edilib”, - səfir bildirib.
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır