Pilotun peşəkarlığı videodan aydın şəkildə görünür.
BUTA.TV xəbər verir ki, bunu politoloq Turab Rzayev AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması görüntüləri haqda qeyd edib.
“Adətən, “Embraer”ləri cavan pilotlar idarə edir. Aydın şəkildə görünür ki, pilot Aktauya enməyə çalışır. Amma ola bilsin ki, ya eniş icazəsi ala bilmir, ya da Aktauda işləməyən mühərriklə asfalt örtüyə etməyin çətin olduğunu düşünür (və yaxud aeroportda kifayət qədər texniki və yardım imkanları yoxdur), ona görə təyyarəni dənizə qaytarır. Ancaq ola bilsin ki, yanacaq azlığından və yaxud şaxtalı və dalğalı hava şəraitində dənizdə xilasetmə əməliyyatlarının çətin olacağını düşünüb, dənizə deyil, sahilə eniş edir. Havada şassinin açılması pilotun son ana qədər mübarizə apardığını göstərir”, - politoloq bildirib.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan və duman səbəbindən Aktauya istiqamətlənən AZAL-a məxsus təyyarə quş sürüsü ilə toqquşub və nəticədə qəzaya uğrayıb.
Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub, 32 nəfər sağ qalıb.
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü