Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə KTMT ilə bağlı açıqlamaları ilə Sünik (Zəngəzur – red.) və Vayots Dzorun (Dərələyəz mahalı – red.) Azərbaycana təhvil veriləcəyini elan etmiş oldu.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə erməni ekspert Edqar Qazaryan deyib.
O, Paşinyanın son açıqlamalarının erməni xalqına mesaj olduğunu bildirib:
“Baş nazir Ermənistanın KTMT-yə dönüş yolunun artıq olmadığını dedi. Yəni Azərbaycanla hərbi qarşıdurma olarsa, bu təşkilata mütaciət etməyəcəyik. Çünki o, KTMT-nin buna mane olmayacağını deyib. 2024-cü ildə Rusiya hərbçiləri İrəvanın tələbi ilə Sünikdən çıxarıldı. Həmçinin Azərbaycanla sərhəddə yerləşən qoşunların 17 bazası da ləğv olunub. Bunların bəziləri Tiqaranaşen (Kərki-red.) yaxınlığında yerləşirdi”.
Qazaryan xatırladıb ki, Ermənistan Rusiyaya Qafanda konsulluq açmağa icazə vermir. O bunu guya sözügedən “ərazilərin təhvilinə indidən şərait yaratmaq” kimi təqdim etməyə çalışıb.
“Paşinyanın son çıxışı məhz bunun elanı idi”, - deyən E.Qazaryan dolayı yolla Ermənistanın təxribata hazırlaşdığını etiraf edib.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı