Gürcüstanda baş verənləri siyasi böhran adlandırmaq olar.
Bunu BUTA.TV-a açıqlamasında gürcü politoloqu Gela Vasadze Gürcüstanda dünəndən başlayan aksiyaları şərh edərkən deyib.
“Gürcüstan hakimiyyəti bilərəkdən Maydana təhrik edir. Bu, onların nəyinə lazımdır? Yəqin ki, bütün siyasi sistemi yenidən formatlaşdırmaq, müxalifəti qadağan etmək üçün! Yəni hakimiyyəti devirmək cəhdlərinin olmasını əsas götürərək, hamını həbs, repressiya etmək “məcburiyyəti”ndə qalmaq istəyirlər. Burada Moskvanın imzası aydın görünür. Və təsadüfi deyil ki, Putin dünən Astanada Gürcüstan hakimiyyətini tərifləyib. İndi hakimiyyət bütün imkanlardan istifadə edir”, - o bildirib.
Kobaxidzenin dünən Gürcüstanın AB-yə daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırması bəyanatına gəlincə, politoloq qeyd edib:
“Avropa Parlamenti qərarlarının icrası məcburi olan orqan deyil. Ona görə də bu, (AP-nin Gürcüstan əleyhinə qətnaməsi – red.) bəhanə kimi istifadə olundu. Müşahidə edək, görək, mitinqlər nəyə gətirib çıxaracaq. Gəlin, görək, cəmiyyət hər şeydən nə qədər istifadə edə bilər”.
Qeyd edək ki, dünən Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlayıb.
Bu xəbərin ardınca Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Gürcü Arzusunun baş ofisinin və parlament binasının önündə isə müxalifətin kütləvi etiraz aksiyaları başlayıb.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı